On yaşlı istedad, pianoçu Ləman Seyidova Belçikanın paytaxtı Brüsseldə keçirilən Beynəlxalq “Cesar Franck Piano” müsabiqəsində ikinci yeri qazanıb. Bu yeniyetmə pianoçunun növbəti nailiyyətidir.
O, 2017-ci ilin dekabrında Avstriyanın paytaxtı Vyanada keçirilən Beynəlxalq “Edelweiss” ifaçılıq müsabiqəsinin də qalibi olub. Anası Kəmalə Seyidova bildirib ki, qızının arzusu dünya şöhrətli pianoçu olub, müxtəlif ölkələrdə konsertlər vermək, Azərbaycanın adını yüksəltməkdir.
Ləman Seyidova Bakı şəhəri 23 nömrəli məktəbin 5-ci sinif şagirdidir. O, həmçinin 35 nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili alır. Onun nailiyyətlər qazanmasında musiqi müəlliməsi Kəmalə Əmirovanın da böyük əməyi var.