Beynəlxalq Muğam Mərkəzində tanınmış qəzəlxan Əliağa Vahidin yaradıcılığına həsr olunmuş konsert proqramı təşkil olunub.

“Qəzəllər” layihəsi çərçivəsində təşkil olunan konsertdə Əməkdar artist Ehtiram Hüseynov və Azərbaycan Televiziyası və Radiosunun solisti Kamilə Nəbiyeva çıxış ediblər.

Qeyd edək ki, Muğam Mərkəzinin “Qəzəllər” layihəsi tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara qəzəl janrında gözəl poeziya nümunələri yaratmış klassik Azərbaycan şairlərinin əsərlərinin təqdim edilməsi ilə davam edəcək.