Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının (V.Q.Korolenko adına Mərkəzi Şəhər Kitabxanası) 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Dekabrın 26-da Muzey Mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Prezident Kitabxanasının direktoru Mail Əhmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları Hacı Əliyev və Səbinə Məmmədova çıxış edərək kitabxananın kollektivinə təbriklərini çatdırıblar.

Bildirilib ki, 1928-ci ildə fəaliyyətə başlayan kitabxana 1990-cı ildən V.Q.Korolenko adına Mərkəzi Şəhər Kitabxanası, 2011-ci ildən isə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası kimi fəaliyyət göstərir. Kitab fondu 160 mindən çox olan kitabxananın 17 mindən çox oxucusu, 6 filialı var.

Tədbirdə rejissor Ülviyyə Könül və ssenarist İlqar Fəhminin kitabxananın yaranma tarixindən bəhs edən tamaşası nümayiş olunub.

LALƏ