Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində (BXA) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib.
Akademiyanın akt zalında təşkil olunan konsert başlamazdan öncə izləyicilərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən bəhs edən videoçarx nümayiş edilib. Qeyd olunub ki, bu əlamətdar gün barədə qərar ilk dəfə 1991-ci ilin dekabrında Naxçıvan MR Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi keçən ilə iclasında qəbul edilib.
Sonra BXA-nın İncəsənət fakültəsinin tələbələri konsert proqramı ilə çıxış ediblər. Akademiyanın tələbələri – əməkdar artistlər Yuri Lobaçov və Nigar Rzayevanın təqdimatında “Tanqo” rəqsi, İncəsənət fakültəsinin I və III kurs tələbələrinin ifasında “Azərbaycan süitası”, “Sevgi valsı”, “Yeni il”, “Aylı rəqsi”, “Uzundərə”, “Yallı” və digər rəqslər nümayiş edilib, əsərlər səsləndirilib.
Konsert proqramı tamaşaçılarda xoş əhval-ruhiyyə yaradaraq coşqu ilə qarşılanıb.