Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri yanvarın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.
Konsertin solisti beynəlxalq müsabiqələr laureatı İsrafil Səlimov (truba) olacaq.
Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçəcək konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının yaradıcılığına müraciət ediləcək.
* * *
Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında isə “Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konserti təqdim olunacaq. Yanvarın 23-nə nəzərdə tutulan “Qış kaleydoskopu” adlı konsertdə respublikanın gənc ifaçıları Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edəcəklər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən artıq konsert proqramı təqdim edilib.