Musiqi ixtisası olmayan ali məktəblərin tələbələri üçün
Gənclər Fondu, Azərbaycan Milli Konservatoriyası və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “İstedadlı gənclərin estrada-vokal müsabiqəsi”nə start verilib.
Konservatoriyadan bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd ali (orta) musiqi təhsili olmayan, lakin səs-vokal imkanlarına sahib tələbə gəncləri aşkarlamaq və onlara müsabiqə vasitəsilə dəstək olmaqdır.
Sənət yarışmasına yalnız tədrisində musiqi ixtisası olmayan ali məktəblərin tələbələri qatıla bilər. İştirakçı olmaq istəyənlər yanvarın 25-dək qeydiyyatdan keçməlidir.