Son illər ölkəmizdə tarixi abidələrin təmir-bərpa olunması işinə daha çox diqqət ayrılır. Ötən il bərpası yekunlaşan tarixi abidələr sırasında Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki Hacı Şəhla məscidi də var. Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısında yer alan Hacı Şəhla məscidi qəsəbə qəbiristanlığında hündür təpənin üzərində inşa olunub.
Təmir-bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında mütəxəssislər tərəfindən həyata keçirilib. Dövlət Xidmətindən verilən məlumata görə, tikilinin bərpası Balaxanı qəsəbəsi sakinlərindən olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə reallaşıb. Bu zaman abidənin tarixi görkəminin saxlanılmasına xüsusi diqqət yetirilib, müxtəlif təsirlər nəticəsində qopub-düşmüş daşlar öz yerinə bərpa olunub.
Hacı Şəhla məscidi müxtəlif dövrlərdə bir sıra tarixi hadisələrə də şahidlik edib. 1918-ci ildə erməni daşnaklarının məlum mart qırğınları Balaxanı kəndində də davam etdirilib. Kənd camaatı da məscidin yerləşdiyi təpədə səngər qazaraq düşməndən müdafiə olunublar. İndi də qəsəbə sakinləri tərəfindən məscidin yerləşdiyi təpənin “Səngər” adlandırılması həmin hadisələrlə bağlıdır. Abidə bərpa olunarkən tarixi tikilinin divarlarında həmin döyüşlərdən qalan güllə izləri də saxlanılıb.
Qəsəbə ağsaqqalı Həsən Vəliyev deyir ki, 1918-ci ilin mart qırğınları zamanı kənddə olan cəsur insanlar düşmənlə mübarizə aparıblar, onlara kəndə daxil olmağa imkan verməyiblər. Həminqəhrəmaninsanlarınbirqismidöyüşlərdə həlakolub. Sağ qalanlarisə Azərbaycandasovethakimiyyətiqurulandansonratəhlükəsizlikorqanlarındayüksəkvəzifə tutanermənilərtərəfindəntəqibolunub, bəziləriqətlə yetiriliblər.
Qeydedəkki, XIV əsrdə inşaolunanHacı Şəhlaməscidiikihissədən – giriş portalı və daxiliotaqdanibarətdir. Giriş qapısının üstündə ikisətirlikkitabədə “BuimarətHacı Şəhlabin ŞakirbinMustafaKöşkinindir. Yeddiyüzsəksənyeddinciil (787 – 1385/86)” yazılıb. Bukitabədənbirazsolda, qapı çərçivəsindənbirqədəraralı digərkitabədə məsciditikənustanınadı yazılıb. İkisətirlikbukitabədə “UstadArifbinustadMusaCibalınişidir” yazılıb. Qeydedəkki, üzərində olankitabələrdə məscidimarətadlandırılıb.