Yanvarın 11-də “East or West” (“Şərq, yoxsa Qərb”) musiqi qrupu “YARAT” Müasir İncəsənət Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

“YARAT”dan bildirilib ki, “East or West” musiqi qrupu 2011-ci ildən fəaliyyət göstərir. Qrupun məqsədi milli alətlərimizi (tar, kamança, qarmon) Qərb musiqi standartlarında ifa etməklə gənclərimizin milli alətlərə marağını artırmaq, eyni zamanda onları ölkə xaricində təbliğ etməkdir.

Kollektiv indiyədək bir sıra konsert və festivallarda iştirak edib.