Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid” Beynəlxalq incəsənət yarışması təşkil ediləcək.
Rəqs müsabiqəsi Mədəniyyət Nazirliyi və “Jam Group”un dəstəyi ilə reallaşacaq. Yarışma 6, 10, 16 və 16 yaşdan yuxarı olmaqla dörd yaş kateqoriyası üzrə keçirilir.
Layihənin məqsədi istedadlı gənclərə dəstək göstərmək, onların səhnəyə çıxmaları və özlərini daha da inkişaf etdirmələrinə şərait yaratmaqdan ibarətdir.