Afrikadakı Saxara səhrası bir zamanlar yaşıl oazis olub. Alimlər bildirirlər ki, səhradakı iqlim hər 20 min ildən bir dəyişir. İndi Saxarada yalnız böyük miqdarda qumla örtülmüş quru torpaq var. Lakin bu, hər zaman belə olmayıb.
Mütəxəssislər tərəfindən bu ərazidə fosillər və qədim qaya şəkilləri tapılıb. Belə qənaətə gəlinib ki, bir zamanlar bu səhra çiçəklənən yaşıl region olub, burada insanlar və heyvanlar yaşayıb. Saxarada iqlimin dəyişməsi “Buz dövrü”nə təsadüf edir. İqlimin dəyişməsinin səbəbi isə səhrada günəş şüalarının paylanmasına təsir edən Yer oxudur.