Yanvarın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçiriləcək. Görüş Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.

Görüşdə görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açılacaq, əsərlərindən nümunələr səsləndiriləcək.