Beynəlxalq Aytmatov Klubu və İctimai Akademiyası hər dörd ildən bir dahi yazıçının irsini araşdıran, təbliğ edən ədəbiyyat, mədəniyyət və elm xadimlərini laureat və akademik adına layiq görür.

Yeni ilin ilk günlərində 2014-2018-ci illər üzrə seçilmişlərin adları açıqlanıb. Ədəbiyyat və incəsənət sahəsində yazıçı Sultan Rayev (“Daşqın” romanına görə), ssenarist və kinorejissor Bakıtbek Mukul (“Atanın vəsiyyəti” filmi), Ç.Aytmatovun əsərləri üzrə tamaşa və filmlərdə rol almış aktrisa Anara Sıdıqaliyeva, aktyor Nurkanbek Tursunbayev, Özbəkistanın Xalq artisti, Mukimi adına Özbəkistan  Dövlət Musiqili Teatrının bədii rəhbəri Mirzajon Əzizov (Aytmatovun əsərlərinin uğurlu səhnə quruluşlarına görə), “Uçur” teatrı (“Edam kötüyü” və “Jaabars” tamaşaları) laureat olublar.

Ölkəmizdən akademik İsa Həbibbəyli, Özbəkistandan professor Əhmədjon Meylibayev, Tatarıstandan professor Kim Minnullin, Qırğızıstandan professor Jıldız Bakaşova da Aytmatov Klubu və İctimai Akademiyasının akademiki seçiliblər.

Gülcahan MİRMƏMMƏD