Gürcüstanın Barjomi şəhərində “Qış fantaziyası 2018” rəqs festivalı keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, festivalda Mirzə Ələkbər Sabir adına şəhər kitabxanasının “Köhnə Bakı” və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin “Xəzri” rəqs ansamblları uğurla iştirak edərək birinci yerə layiq görülüblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov festivalda nailiyyət qazanan rəqs ansambllarının kollektivi ilə görüşüb və onları təbrik edib.