Yanvarın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçirilib. Tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində reallaşıb.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Firəngiz Əlizadənin Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söhbət açıb.
Sonra söz qonağa verilib. Keçdiyi ömür yolundan, yaradıcılıq planlarından danışan F.Əlizadə onun həyatında müəllimi, görkəmli bəstəkar Qara Qarayevin mühüm rol oynadığını söyləyib: “Belə böyük bir bəstəkardan dərs aldıqları üçün fəxr edən tələbələri ondan yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi də alıblar. Dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayacaq”.
Tədbir barədə daha ətraflı növbəti sayımızda...