Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət sarayında “Alovlu Qafqaz” Uşaq-gənclərin folklor rəqs və yaradıcılıq festivalı keçirilib.

Ənənəvi festivalda Gürcüstanın “Aisi” rəqs kollektivinin ifasında rəqslər, Mərdəkan Mədəniyyət sarayında fəaliyyət göstərən “Lalələr” rəqs kollektivi, Nizami adına Mədəniyyət mərkəzinin “Məkan” rəqs kollektivi və Şüvəlan qəsəbə Mədəniyyət evinin “Naxçıvani” rəqs kollektivlərinin rəngarəng çıxışları maraqla qarşılanıb.