Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Kazaklar və “Matryoşka” birlikləri üzvlərinin iştirakı ilə “Ataman yolka” adlı tədbir keçirilib.
Azərbaycan Kazakları İcmasının atamanı, general Sergey Samuilov tədbirin keçirilməsində dəstək olduqları üçün rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildirib.
Yasamal Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Vaqif Məmmədov və Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəhla Məmmədova iştirakçılara Yeni il təbriklərini çatdırıblar, Şaxta baba və Qar qız uşaqlara hədiyyə verib.