Məşhur filmlərdən musiqilər səsləndiriləcək

Fevralın 23-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” adlı konsert proqramı keçiriləcək.

Konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri təqdim olunacaq.

İqor Ponomarenkonun rəhbərlik etdiyi “İP Orchestra”nın təqdimatında “Titanic”, “The Godfather”, “Game of Thrones”, “Fifth Element”, “Sherlock Holmes”, “Star Wars”, “Pirates of the Caribean”, “Harry Potter”, “Kill Bill”, “Pink Panther”, “Pretty Woman”, “Uğur centlmenləri”, “Brilyant əl” və s. məşhur kinofilmlərdən musiqilər səsləndiriləcək.

İqor Ponomarenko öz orkestri ilə dəfələrlə Azərbaycanda konsert proqramları ilə çıxış edib. O, 2000-ci ilə qədər məşhur “Terem-Quartet”in musiqiçisi kimi tanınıb, sonradan “Ma.Gr.Ig.Al.” qrupunu yaradıb. Dirijor kimi Dubayda debüt edib – “Transformers” filminin musiqisinə yazılmış yeni “Concordia” layihəsini təqdim edib. Hazırda Rusiyada məşhur ifaçılarla əməkdaşlıq edir.