Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli Uşaq incəsənət məktəbində görkəmli dirijor və bəstəkar Niyazinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri məktəbin nəzəriyyə şöbəsinin müdiri Zenfira Bağırzadə açaraq maestronun dünya musiqi tarixində tutduğu yer və verdiyi töhfələr barədə məlumat verib. Bildirib ki, Niyazi bir çox xarici ölkə, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinə dirijorluq edərək onlara yeni nəfəs gətirib.

Tədbirdə bəstəkarın “Vətən” mahnısı, “Arzu” romansı, “Xosrov və Şirin” operasından “Şirinin ariyası” səsləndirilib. Sonda Niyazinin dirijorluq etdiyi “Koroğlu” operasından uvertüra təqdim edilib.