Qazaxıstanın “Astana Opera” teatrının balet truppası yanvarın ilk günlərində İspaniya və İtaliyaya qastrol səfərinə çıxıb. 36 nəfərlik balet heyəti müxtəlif şəhərlərdə 17 tamaşa oynayıb. P.İ.Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü” baletlərinin tamaşaları barədə hər iki ölkənin informasiya vasitələri müsbət yazılar dərc edib, seyrçilər xoş təəssüratlarını bölüşüblər.
“L’Eco” və “Liquria Notizie” qəzetlərinin teatr icmalçısı Klaudio Almansi yazır: “Astana Opera”nın balet artistləri Genuyada klassik sənət xiridarlarının gözləntilərini tam doğrultdular. Karlo Feliçe teatrında oynanılan “Şelkunçik” baleti çox yüksək səviyyədə təqdim edildi. Tamaşaçılara sehrli bir axşam bəxş edildi. Salon böyük ustad Yuri Qriqoroviçin misilsiz xoreoqrafiyası sayəsində insanın ruhunu zəbt edən gözəl quruluşun seyrindən zövq aldı. Teatr 2013-cü ildə yaradılsa da, artıq beynəlxalq səhnədə öz yerini tutub”.
Qastrol səfəri ölkənin Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə “Ruxani janğıru” proqramı çərçivəsində reallaşıb.
GÜLCAHAN