Yanvarın 20-də Nizami Kino Mərkəzində “Çarə sizsiniz” və “Əngəl sərhəd tanımaz” komandalarının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə incəsənət nümayəndələri, könüllülər, fəal gənclər iştirak ediblər.

“Çarə sizsiniz” komandasının könüllüsü Ülviyyə Mütəllimova iştirakçılara Qanlı Yanvar faciəsi haqqında ətraflı məlumat verib.

Sonra eşitmə və danışma məhdudiyyətli gənclərlə birlikdə hazırlanmış və şəhidlərin əziz xatirəsinə həsr olunmuş videoçarx təqdim edilib.

“Çarə sizsiniz” və “Əngəl sərhəd tanımaz” komandalarının rəhbərləri Nur Ülviyyə Həsrətova və Həsən Məmmədov 20 Yanvar faciəsi haqqında danışıblar.

Sonda “Çarə sizsiniz” komandasının könüllüsü Günel Cəfərova şəhidlərin xatirəsinə ithaf etdiyi “Şəhid məktubu” şeirini söyləyib.