Daşkənddə çıxan “Cahan ədəbiyyatı” jurnalının son nömrəsində Anarın “Vahimə” və “Qırmızı limuzin” hekayələri çap olunub. Hekayələri Azərbaycan dilindən jurnalist Rüstəm Cabbarov tərcümə edib. Nəşrdə müntəzəm olaraq klassik Azərbaycan poeziyasına yer ayrılır. Jurnalın son nömrələrindən birində Mirzo Kenjabekin “Aşiqi-sadiq Füzuli” sərlövhəli məqaləsi və böyük şairin özbək dilinə tərcümədə qəzəlləri, filologiya elmləri namizədi Almaz Ülvinin Səməd Vurğunun özbək şairləri ilə dostluğundan bəhs edən “Azərbaycan şairinə ehtiram” məqaləsi çap olunub. Jurnalda müntəzəm olaraq məşhur Xalq yazıçısı Çingiz Abdullayevin romanları çap edilir.