Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ağaxan Abdullayev adına Mədəniyyət mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Qan yaddaşımız” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Mədəniyyət mərkəzinin müdir müavini Aytən Nəsirova çıxışında bildirib ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş verib, dinc, mülki əhali kütləvi qətliama məruz qalıb. Tədbirin bədii hissəsində 20 Yanvar faciəsi ilə bağlı şeirlər səsləndirilib.
* * *
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bibiheybət qəsəbəsindəki Mədəniyyət evində Səbail rayon MKS-nin 4 saylı filialı ilə birgə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Şəhidlər qazilik nişanəmizdir” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirdə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilib, videoçarx nümayiş olunub, şeirlər səsləndirilib.