İspaniyanın Syudad-Real əyalətindəki Almaqro şəhərinin şurası elan edib ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün ölkənin ən qocaman teatrlarından birinin – “Corral de Comedias”ın namizədliyini təqdim edəcək.
Alkala-de-Enaresdə yerləşən “Corral de Comedias” teatrı 1601-1602-ci illərdə inşa olunub. Bu, Avropada zəmanəmizə gəlib çatmış ən qocaman teatrlardan biridir. Teatrın memarı Fransisko Sançes olub. Bina Avropa memarlığının unikal əsəridir, çünki bu teatrın səhnəsində dörd əsr ərzində tamaşalar oynanılıb. Açıq səma altında yaradılan teatrın dekorasiyaların əvəzlənməsi üçün mexanizmi və orkestr üçün yeri var.
Teatrın namizədliyi yanvarın 25-də Madriddə Beynəlxalq turizm sərgisində təqdim ediləcək.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası bu ilin yayında Bakıda keçiriləcək.