Bakı Şəhər Mədəniyyət Baş idarəsinin 3 nömrəli Uşaq incəsənət məktəbində istedadlı bəstəkar Asəf Zeynallının (1909-1932) 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Baş İdarədən bildirilib ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığından söhbət açılıb. Qeyd olunub ki, Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq, milli musiqi sənətində silinməz iz qoyub. Musiqi tariximizdə ilk romans janrının yaranması onun adı ilə bağlıdır. O, həmçinin tamaşalara musiqi bəstələyib, xalq mahnılarını nota alıb. Görkəmli bəstəkar “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub.
Daha sonra şagirdlərin ifasında bəstəkarın əsərləri səsləndirilib, həyatından bəhs edən videoçarx nümayiş olunub.