AMEA-nın Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, akademik Muxtar İmanov 2018-ci ildə görülmüş işlər, builki fəaliyyət istiqamətləri barədə danışıb.
Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov institutun elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturasına, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri barədə məlumat verib.
Sonra institutun Musiqi folkloru şöbəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Atakişiyeva “Cəlili” aşıq havasının təhlili” mövzusunda məruzə edib.
İclasda “Dədə Qorqud” jurnalının fəaliyyəti barədə məsələyə də baxılıb. Jurnalın ildə 4 dəfə nəşr olunması, ingilis və rus dillərində məqalələrin çapına icazə verilməsi qərara alınıb.