Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Çexiyada Praqa Beynəlxalq qısa film festivalı və Fransada “Angers Premiers Plans” film festivalının “European Student films” müsabiqəsinə dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, azərbaycanlı və ingilis kinematoqrafçıların birgə istehsalı olan filmin ssenaristi və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operator, Kameron Vard, quruluşçu rəssamı Lara Zeidandir. Rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İsgəndər Abbasov və başqaları oynayır.