Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair Səməd Mənsurun 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçiriləcək.
Tədbir yanvarın 31-də, sənətkarın doğum günündə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbə Mədəniyyət evində təşkil olunacaq. Tədbirdə Səməd Mənsurun şeirləri səsləndiriləcək, incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediləcək.
Həmçinin Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərovanın “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və Nizami Cəfərovun Türkiyədə çap olunan “Samed Mansurun şiiri” kitablarının təqdimatı keçiriləcək.