Milli Kitabxanada Əməkdar incəsənət xadimi Aşıq Ədalətin (Ədalət Nəsibov) 80 illiyi münasibətilə kitab sərgisi təşkil edilib. Sərgidə sənətkara həsr edilmiş kitablar və dövri mətbuat nümunələri yer alıb.

Aşıq Ədalət 1939-cu il yanvarın 27-də Qazax rayonunda anadan olub. “Yanıq Kərəm”, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani” və başqa saz havalarının bənzərsiz ifaçısı olub. Ustad sənətkar 2017-ci il sentyabrın 14-də vəfat edib.