Kürdəmir Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib. İdarənin rəisi Elman Məmmədovun sədrliyi ilə keçən müşavirədə idarənin məsul işçiləri, İmişli, Beyləqan, Füzuli rayonları üzrə nümayəndələr, region üzrə rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
İdarə rəisi bildirib ki, Azərbaycan Respublikası Prezidentinin mədəniyyət sahəsinin inkişafı ilə bağlı verdiyi fərman və sərəncamlar, bu sahədə aparılan dövlət siyasətinə, Mədəniyyət Nazirliyinin əmr və göstərişlərinə uyğun olaraq mədəniyyət müəssisələri öz işini daha yüksək səviyyədə, məsuliyyətli və əmək intizamına ciddi riayət etməklə qurmalıdır.
Sonra o, qarşıda duran vəzifələrdən söz açıb, işin günün tələblərinə uyğun qurulması, dərnək və kursların yaradılması, bu sahədə olan çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələrini verib.
Müşavirənin sonunda bir qrup mədəniyyət işçisi müsbət fəaliyyətinə və mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə fəxri fərmanla təltif olunub.