Los-Ancelesdə ABŞ Kinoaktyorları Gildiyası mükafatlarının (Screen Actors Guild Award, SAG) 25-ci təqdimat mərasimi keçirilib.

Gildiya tərəfindən ötən ilin ən yaxşı aktyorlarının adlarının elan edilməsi “Oskar” ərəfəsində növbəti məşq sayılır.

Bu mükafatı qazanan aktyorlar əksər hallarda “Oskar” heykəlciklərinə də sahib olurlar.

Mükafatın “Bədii filmdə ən yaxşı aktyor heyəti” nominasiyası “Qara bəbir” filminə təqdim edilib. “Ən yaxşı aktyor” nominasiyasının qalibi Rami Malek olub. O, əfsanəvi müğənni Fredi Merkurinin həyat və yaradıcılığından bəhs edən “Bohem rapsodiyası” filmində baş rola görə mükafata layiq görülüb. “Ən yaxşı aktrisa” nominasiyası üzrə “Həyat yoldaşı” filmindəki roluna görə Qlenn Klouz seçilib.