Britaniyalı yazar Yan Fleminqin qəhrəmanı olan Ceyms Bond müasir günümüzdə ən çox filmlərdən tanınan və sevilən obrazlardan biridir. “Bondiana” filmlər silsiləsindən 1962-ci ildən bəri 23 film çəkilib.

Ceyms Bond həvəskarları növbəti filmlə bu ilin sonlarında tanış olmaq imkanı qazanacaqlar. Baş qəhrəmanı yenə sevilən aktyor Deniel Kreyq canlandıracaq.

50 yaşlı aktyor  sonuncu dəfə 2015-ci ildə “Agent 007: Spektr”də çəkilən zaman dizlərindən zədə aldığından rolunu yarımçıq qoymuşdu. O, bir daha bu filmə çəkilməyəcəyini desə də, onu yenidən razı sala biliblər. Bunun üçün aktyora 50 milyon sterlinq təklif olunub. Hazırda çəkilişləri davam edən film 2019-cu ilin noyabr ayında ekranlara çıxacaq.

Qeyd edək ki, indiyədək Ceyms Bond rolunu 6 aktyor oynayıb: Şon Konneri (1962-1967, 1971), Corc Leyzenbi (1969), Rocer Mur (1973-1985), Timoti Dalton (1987-1989), Pirs Brosnan (1995-2002) və Deniel Kreyq (2006-2019).

LALƏ