Fransız bəstəkarı, pianoçu və müğənni Mişel Leqran ömrünün 87-ci ilində dünyasını dəyişib.

Bəstəkar yarıməsrlik karyerası ərzində çoxsaylı filmlərin musiqi müəllifi kimi tanınır. O, “Şerburq çətirləri”, “Tomas Kraunun fırıldağı” filmlərinə yazdığı musiqi ilə məşhurdur.

M.Leqran üç “Oskar”, beş “Qremmi” və bir “Qızıl qlobus” mükafatına layiq görülüb.