Cəlaləddin Rumi türbəsinin yerləşdiyi Konya şəhərindəki Mövlanə muzeyində davam edən təmir-bərpa işlərində Osmanlı padşahı II Bəyazidin çəkdirdiyi qələm işi, naxış və bəzəklər aşkar edilib.

Minlərlə yerli və əcnəbi turistin ziyarət etdiyi muzeydə Mövlanənin məftun olduğu Qübbə-i Hadranın (Yaşıl qübbə) daxili məkanı qələmlə çəkilmiş bəzəklər, naxış və xətlərdən ibarətdir.

Tapılan bəzəklərin təqribən beş yüz il yaşı olduğu bildirilir. Ortaya çıxan belə gözoxşayan bəzəklər bərpa işlərinin başa çatma prosesini ləngidir. 

Muzeyin ən çox diqqətçəkən hissəsindən olan qübbənin daxili məkanında bərpa işləri həssas şəkildə davam etdirilir. Bərpa işlərinin mart ayında başa çatdırılması planlaşdırılır.

SƏBİNƏ