Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən fevralın 8-də saat 11:00-da Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi: 147), (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra |
Şəhər |
Əlaqələndirici |
Əlaqə |
1. |
Tovuz rayonu |
Adil Həsənov |
(022) 315-35-44 |
2. |
Ağstafa rayonu |
Gülgün Kərimov |
(022) 225-39-74 |
3. |
Qazax rayonu |
Valeh Vəliyev |
(022) 295-16-71 |
4. |
Şəmkir rayonu |
Vüqar Qurbanov |
(022) 305-32-46 |
5. |
Daşkəsən rayonu |
İsax Məmmədov |
(022) 215-52-81 |
6. |
Gədəbəy rayonu |
Elmira Hacıyeva |
(022) 326-48-98 |
7. |
Göygöl rayonu |
Şərqiyyə Hümbətova |
(022) 205-21-09 |