İtaliya-Azərbaycan Beynəlxalq film festivalı çərçivəsində “The Landmark”da ustad dərsi keçirilib. Tədbir Venesiyanın Ca Foscari Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə təşkil edilib.

Festivalın prezidenti, tanınmış aktyor Remo Girone, bədii direktoru, rejissor Klaudio Rossi Massimi, “İmago Group” film istehsalı şirkətinin rəhbəri Lucia Macale və aktyor Viktoriya Zinni iştirakçılara İtaliya kinematoqrafiyası barədə danışıblar. Həmçinin Ca Foscari Universitetinin kinematoqrafiya fəaliyyətinin müxtəlif aspektləri müzakirə olunub.

Sonra Ca Foscari Universiteti tələbələrinin hazırladığı qısa filmlər nümayiş edilib.