Türkiyənin Adana şəhərində Türk dünyası rəssamlarının beynəlxalq pleneri keçirilib. 2017-ci ildə əsası qoyulan və üçüncü dəfə təşkil olunan sənət forumuna 17 ölkədən 70 rəssam qatılıb.

Onlar bir həftə ərzində (21-28 yanvar) hər gün şəhər rəsm qalereyasında çalışaraq Adananın tarixini, mədəniyyətini və mənzərələrini əks etdirən əsərlər yaradıblar. Molbert arxasında çalışmalardan savayı, plenerin proqramına ekskursiyalar da daxil idi.

Hər rəssamın iki əsəri plenerin son günü açılan sərgidə təqdim olunub. Sərgi ilboyu nümayiş etdiriləcək.

GÜLCAHAN