Astana sirkinin ekvilibristləri Monte-Karloda keçirilən ənənəvi festivalda xüsusi mükafata layiq görülüblər.

Sirkin artistləri Yeka Konurbayeva və Nazərkə Mərəkəqızı “Siqveydə ekvilibr” orijinal nömrəsilə çıxış ediblər. Bu il sayca 43-cü festivalda 15 ölkəni təmsil edən gənc sirk artistləri müxtəlif janrlarda  məharətlərini göstəriblər.

Ötən ilin iyulunda Astananın 20 illiyi şərəfinə keçirilmiş “Asiyanın sədası” sirk sənəti festivalında Yeka ilə Nazərkə duetinin çıxışını görən Avropa Sirk Assosiasiyasının prezidenti Urs Pils qızları şəxsən Monte-Karlo festivalına dəvət etmişdi.

GÜLCAHAN