Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında gənc fəal oxucuların iştirakı ilə görüş keçirilib.
“Gələcəyin qurucuları – gənclik” adlı tədbirdə kitabxananın direktoru Oruc Quliyev, direktor müavini Xalidə Musayeva, Əməkdar jurnalist Rəhim Hüseynzadə, Bakı Tibb Kollecinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri çıxış ediblər.
Çıxışlarda 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə təsis edilmiş Gənclər gününün tarixindən və əhəmiyyətindən bəhs edilib.
Yasamal rayonu 176 saylı orta məktəbin şagirdləri şeirlər söyləyib, Rəhimə Heybətova “Sarı gəlin” rəqsini, Elmir Hüseynzadə “Çırpınırdın, Qara dəniz” mahnısını ifa edib.
Sonda mövzuya dair kitab sərgisinə baxış keçirilib.