Azərbaycan Prodüserlər Gildiyası “Geniş baxış - 2” tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib. Müsabiqənin məqsədi geniş tamaşaçı auditoriyasının marağını çəkən, janrından asılı olaraq keyfiyyətli “kommersiya” xarakterli filmlərin çəkilməsinə dəstək vermək, onların ekranlara çıxmasını təmin etmək, gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsinə şərait yaratmaq, həmçinin xarici kino təşkilatlarını, yerli prodüser mərkəzləri ilə “co-production” layihələrinə cəlb etməkdir.
İstənilən janrda, tammetrajlı bədii film üçün nəzərdə tutulmuş işlər qəbul olunur. Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə (1 aprel - 15 may) tammetrajlı bədii film ssenarisinin 3-4 səhifədən çox olmayan sinopsisi Prodüserlər Gildiyasına təqdim olunmalıdır.
Müəllif sinopsislə birgə tərcümeyi-halını da təqdim etməlidir. Yazının müəlliflik hüququ onu müsabiqəyə təqdim edən şəxsə məxsus olmalıdır. Ssenarinin hər hansı istehsalat mərhələsində olması istisna edilir.
İkinci mərhələyə buraxılan ssenarilərin və onların müəlliflərinin adları iyunun 1-dən gec olmayaraq açıqlanacaq və onlara ədəbi ssenari yazılması təklif olunacaq.
Qaydalara əsasən müsabiqənin nəticələri gildiyanın 14 təsisçi üzvü və müstəqil ekspertləri tərəfindən müəyyən ediləcək. Müsabiqənin qalibləri sentyabrın 1-dən gec olmayaraq açıqlanacaq. İki qalib ssenari gildiya təsisçilərinin prodüserliyi ilə istehsal ediləcək.
Sinopsislər 15 may 2014-cü il tarixinədək AZ1012 Bakı, Moskva prospekti 10 ünvanında yerləşən Azərbaycan Prodüserlər Gildiyasına təqdim olunmalıdır. Həmçinin sinopsisləri azproduser@gmail.com elektron ünvanına göndərmək olar.
Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Əlavə məlumatı www.azerbaijanfilm.az saytından almaq olar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar