Yasamal rayon MKS-nin Mirzə Şəfi Vazeh adına Mərkəzi kitabxanası oxucular və virtual istifadəçilərlə birgə “Biblio-green dayanıqlı dünyada” adlı beynəlxalq müsabiqədə iştirak edəcək. Müsabiqənin təşkilatçıları V.İ.Vernadski adına Ekoloji Fond və Rusiyanın Dövlət Elmi-Texniki Kitabxanasıdır.

Müsabiqəyə “Yaşıl meydança” (yaşayış məntəqəsinin davamlı inkişafı) və “Birlik” (“Ağıllı şəhərin qurulması” üçün yerli hakimiyyət orqanları ilə səmərəli iş, yerli icmanın fəaliyyətinin təşkili) nominasiyaları üzrə materiallar qəbul edilir.

Materiallar fevralın 15-dən 28-dək qəbul olunur. İştirak etmək istəyənlər M.Ş.Vazeh adına Mərkəzi kitabxanaya müraciət edə bilərlər.