Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası xaricdə kino təhsili almaq istəyən gənclərə müraciət edib. Müraciətdə bildirilir ki, bu gün Azərbaycan kinosu özünün yeni inkişaf mərhələsini yaşayır. Bununla yanaşı, aparıcı beynəlxalq kino məktəblərində təhsil almış, dünyanın nüfuzlu kinematoqrafçılarından sənətin sirlərini öyrənmiş gənclərə ehtiyac böyükdür.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bu işə maraq göstərənlər üçün geniş imkanlar açır. Proqrama əsasən xaricdə təhsil haqqı, yaşayış (yataqxana və ya ev kirayəsi), digər yaşayış xərcləri, viza, qəbul edən ölkədə qeydiyyat, zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, Azərbaycandan təhsil aldığı ölkəyə və geriyə gediş-gəliş xərcləri dövlət tərəfindən ödənilir. Mədəniyyət və Turizm Nazirliyi gənclərimizin xaricdə təhsil almasını daim diqqət mərkəzində saxlayır. Özündə bacarıq və istedad hiss edən, yaradıcılıq həvəsi olan gəncləri dövlətimizin yaratdığı bu imkandan istifadə etməyə çağırırıq. “Azərbaycanfilm” kinostudiyası olaraq xaricdə təhsil alacaqları dövrdə gənclərə dəstək olacağıq”, - deyə müraciətdə bildirilir.
Xaricdə təhsil almaqla bağlı bütün məlumatları Təhsil Nazirliyinin xaricdetehsil.edu.gov.az saytından əldə etmək mümkündür.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar