Həştərxanda hər il keçirilən “Xəzər mükafatı” beynəlxalq gənclik festivalı qaliblərinin mükafatlandırılmasına həsr edilmiş mərasim keçirilib.

“Xəzər mükafatı” festivalı Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan regional bölməsinin sədri Elvin Hüseynov tərəfindən Həştərxan Regional Gənclər Agentliyi və vilayət administrasiyasının dəstəyi ilə 2012-ci ildə təsis edilib.

Builki festivalda Moskva şəhəri, Dağıstan və Kalmıkiya respublikalarının nümayəndələri, habelə Xəzəryanı dövlətlərdən qonaqlar iştirak ediblər. Festivalda iştirak üçün 300-dən çox müraciət daxil olub. Xüsusi komissiya həmin müraciətlərdən təqribən 120 nominant seçib.

Qaliblər “Astraxan FM”in saytında ümumi onlayn səsvermə yolu ilə müəyyən edilib və sonda 31 nominasiya üzrə qaliblər seçilib.