Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayonu Qızıldaş qəsəbə Mədəniyyət evində Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir təşkil olunub.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Əli Hüseynov, qəsəbə bələdiyyəsinin sədri İdris Alışanov, məktəblilər, qəsəbə sakinləri iştirak ediblər.

Mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin Xocalı faciəsinə həsr olunmuş əl işləri sərgisinə baxış keçirilib. Sonra 180 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Mənim bir obam vardı” adlı kompozisiya təqdim olunub.