Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) 21 fevral – Beynəlxalq ana dili gününə həsr olunmuş “Mənim ana dilim” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Tədbiri BXA-nın tam orta məktəbinin direktoru Bəşarət Hüseynova açaraq əlamətdar günün tarixi haqqında məlumat verib. Bildirib ki, dünyada dil, mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilən bu gün UNESCO tərəfindən 1999-cu ildə təsis olunub. Bu gün, dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd edilir. Ana dili hər bir xalqın milli varlığının təsdiqidir.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. Şagirdlərin ifasında “Güləbatın”, “Almanı atdım xarala”, “Vəhşilər” rəqsi, Bəxtiyar Vahabzadənin “Ana dili”, Xəlil Rza Ulutürkün “Ana dilim” şeirləri səsləndirilib, səhnəciklər göstərilib.