Görkəmli maarifpərvər şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin anadan olmasının 138-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda məzarı ziyarət edilib.
Anma tədbirinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Bakı muzeylərinin əməkdaşları, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, Abdulla Şaiqin adını daşıyan 54 nömrəli orta məktəbin müəllim və şagirdləri, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri qatılıb.
Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, muzeyin böyük elmi işçisi Arzu Hacıyeva ədibin həyat və yaradıcılığından danışıblar. Abdulla Şaiqin maarifçilik fəaliyyətindən, “Əlifba” kitabı, dərsliklər ərsəyə gətirməsindən uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları, pulsuz oxutmasından bəhs edilib.
Mərasimdə A.Şaiqin əsərlərindən ibarət kompozisiya təqdim edilib.