İranda Azərbaycan yazıçılarının əsərlərinin yer aldığı kitab nəşr ediləcək. “Mehr” agentliyi xəbər verir ki, Azərbaycanın 10 ədibinin fars dilinə tərcümə edilmiş əsərlərinin yer aldığı kitabda yazıçıların qısa tərcümeyi-halları da veriləcək.
   Əsərlərin tərcüməçisi Mahmud Məhdəvidir. O, bundan əvvəl də Azərbaycan yazıçılarının, o cümlədən Anar, Əkrəm Əylisli və Sabir Əhmədlinin əsərlərini fars dilinə tərcümə edib.