Praqanın “Na Vinoqradax” teatrında “Çexiya mədəniyyətinin xanımı” və “Çexiya mədəniyyətinin cəngavəri” adlarının təqdim edilməsi mərasimi keçirilib. Mərasim “Mene Tekel” totalitarizm və zorakılıq əleyhinə festivalının açılışına həsr olunub.

Müğənni Karel Krıl, tarixçi Zdenek Kalista və rejissor Bedrjix Bartak ölümlərindən sonra Çexiya mədəniyyətinin “cəngavər”i olub. Yazıçı Frantişek Şedivıya, dirijor Libor Peşekə və yazıçı, ravvin, keçmiş dissident Karol Sidona da mükafatlar təqdim edilib.

Holokost dəhşətlərini yaşamış yazıçı Erika Bezdiçkova, daha bir yazıçı Gelena Qavliçkova “Çexiya mədəniyyətinin xanımı” adına layiq görülüblər. Rəssam bacılar Kvete və İtke Valovalar ölümlərindən sonra bu titulun sahibi olublar.

Hər il Çexiyanın dini, etik və mədəni dəyərlərinin formalaşmasına böyük töhfə vermiş, öz vətəndaşlıq fəaliyyətində və yaradıcılığında əxlaqi dəyərləri əsla pozmayan mədəniyyət və ictimaiyyət xadimlərinə bu fəxri adlar verilir.