Azərbaycan Aşıqlar Birliyinin (AAB) nəşri olan “Ozan” elm və sənət toplusunun ikinci buraxılışı işıq üzü görüb. Topluda ötən il sentyabrın 28-də Bakıda keçirilmiş Azərbaycan aşıqlarının VI qurultayının hesabat-stenoqramı verilib.

Topluda, həmçinin filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgərovun “Aşıq yaradıcılığının tarixi haqqında bəzi qeydlər” adlı elmi məqaləsi, digər yazılar, birliyin 2018-ci ildə həyata keçirdiyi tədbirlər, AAB-nin nəşri olan yeni kitablar haqda məlumat verilib.

Toplunun baş redaktoru AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

SAVALAN