Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib. Prezident İlham Əliyev bununla bağlı martın 5-də sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hər iki teatra “akademik” statusu verilməsini on beş gün müddətində təmin etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək tapşırılıb.