Xəbər verdiyimiz kimi, mayın 14-də Fransanın Kann şəhərində 67-ci beynəlxalq kinofestival işə başlayıb. Dünyanın ən mötəbər kino tədbirində artıq dördüncü ildir ki, Azərbaycan pavilyonu da fəaliyyət göstərir.

Milli filmlərimizin nümayiş olunduğu pavilyonda prodüserlər, rejissorlar, aktyorlarla görüşlər keçirilir, birgə layihələr müzakirə olunur. Ölkəmizin turizm imkanlarını təbliğ edən çap və video materiallar ziyarətçilərə nümayiş etdirilir.
Bu il Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramına "Azərbaycanfilm" kinostudiyası ilə "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filmi daxil edilib. Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, baş rolun ifaçısı isə İdris Rüstəmovdur.
Festivalın "Rejissor ikihəftəliyi" proqramında isə azərbaycanlı rejissor Elmar İmanovun türk həmkarı Engin Kundağla birgə çəkdiyi "Torn" qısametrajlı filmi yer alıb. Filmdə rolları Rasim Cəfər və Zülfiyyə Qurbanova oynayıblar.
Bundan əlavə, "Qısa filmlər guşəsi" adlı sərbəst proqramda da Azərbaycan bir neçə ekran əsəri ilə təmsil olunur. Festivalda ölkəmizdən dövlət və bir sıra müstəqil kino şirkətlərini təmsil edən 20-dən artıq kinematoqrafçı iştirak edir. Festival mayın 25-də yekunlaşacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar